Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Unikal.org FHN-ə istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və və orada aşkarlanan 1935-ci il təvəllüdlü Rüstəmova Raisa Hüseyn qızının meytini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.