Hacıqabul rayonunun İkinci Udullu kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.