2 saylı İstintaq təcridxanasına və Müalicə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Unikal.org-un məlumatına görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən həbs edilmiş və 2 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Həsənpur Şahid Əbülfəz oğluna bacısı Gəncə şəhər sakini Həsənpur Şadiman Əbülfəz qızı tərəfindən gətirilən sovqata baxış keçirilən qabda olan qarabaşaq yeməyinin içərisində xüsusi üsulla gizlədilmiş “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.

Cinayət Məcəlləsinin 263-1.3; 264, 66.3 və 66.4-cü maddələrinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmiş və Müalicə müəssisəsində saxlanılan məhkum Yekəyev Elçin Həsrət oğlu ilə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Yekəyeva Məhluqə Vahab qızının üzərinə baxış keçirilən zaman isə əlində olan sellofan bükülüdə 1.504 qram marixuana aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.