Bakının Xətai rayonunda arvadını öldürməyə cəhd etməkdə təqsirli bilinən Şəki rayon sakini, 1984-cü il təvəllüdlü Rəcəb Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanının təqdimatına baxılıb.

Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baş tutan prosesdə qərar açıqlanıb.

Qərara görə, istintaq orqanını təqdimatı təmin olunub və Rəcəb Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay qədər artırılıb.

Qeyd edək ki, ötən il oktyabrın 19-da Xətai rayonu, Cavanşir küçəsində yerləşən “Şəhrizad” çay evində Rəcəb Məmmədov arvadı, 1986-ci il təvəllüdlü Günel Məmmədovu öldürmək niyyəti ilə bıçaqlayıb, hadisə yerindən qaçıb.

Orada olan şəxslərin köməyi ilə 32 yaşlı qadın xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Xətai rayon Polis İdarəsinin əməkdaşların əməliyyat-axtarış tədbirləri nəticəsində Rəcəb Məmmədov saxlanılıb.

İstintaq orqanı tərəfindən Rəcəb Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Hazırda Xətai rayon Prokurorluğunda istintaq tədbirləri davam edir.