Bakıda naməlum şəxs bir gənci bıçaqlayaraq qaçıb.
Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, fevralın 5-də 1996-cı il təvəllüdlü Novruz Baxşıyevin qarının ön divarının kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Zəruri istintaq hərəkətləri aparılıb. Faktla bağlı Binəqədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət əməlini törətmiş şəxsin saxlanılması üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.