Səhər saatlarında Bakı-Sumqayıt yolunda qəza baş verib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzalının qarşısında qeydə alınıb. Qəzaya səbəb isə iki maşın arasında ara məsafəsinin düzgün saxlanılmaması olub.

Belə ki, Sumqayıtdan şəhər istiqamətinə hərəkət edən “Mercedes S class” markalı avtomobil qarşıdakı “VAZ-2106” markalı avtomobil ilə ara məsafəsi saxlamayıb. Öndə olan maşının qəfil əyləcə basması isə qəzaya səbəb olub.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar. Qəza səbəbindən Bakı-Sumqayıt yolunda tıxac yaranıb.