Bakıda 8 gün ərzində bağ evlərindən oğurluq edən şəxs saxlanılıb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, oğurluğa cəhd zamanı tutulmuş İ.Əliyevin ətrafında Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 22-dən fevralın 1-dək olan müddətdə Qala qəsəbəsi ərazisindəki 3 bağ evindən velosiped, inşaat materialları və məişət əşyaları oğurlaması da müəyyən edilib.