Fevralın 7-də Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən lambrin sexindən 8 ədəd transformator başlığının və 40 metr elektrik naqilinin oğurlanması barədə müraciət daxil olub.

DİN-dən Unikal.org-a verilən məlumata görə, məlumatla əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri V.Nuriyev, X.Hüseynov və S.Cabbarov qısa müddətdə müəyyən edilərək polis əməkdaşkları tərəfindən saxlanılıb. 

Araşdırma aparılır.