Bakının Binəqədi rayonunda dilənçilik və avaralıqla məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon ərazisində avara və dilənçiliklə məşğul olan 19 nəfər, o cümlədən 4 kişi, 6 qadın və 9 azyaşlı saxlanılıb.

Onların barələrində protokol tərtib edilib.