Dünyanın ən qeyri-adi festivallarından biri Qvineyada keçirilir.

Unikal.org  xəbər verir ki, “Bədən-incəsənət” festivalının 2019-cu ildəki buraxılışı  başa çatıb. Ekvatorial Qvineyada keçirilən bu festival oxşar tədbirlərdən onunla fərqlənir ki, buradakı iştirakçılar və sənətkarlar rəng və bədənlə diqqət çəkməyə çalışır. Çılpaq qadın və kişi bədənlərində rənglərin köməkliyi ilə müxtəlif ahənglər yaradan sənətkarlar öz fərqliliklərini nümayiş etdirir. Modellər qonaq ustalar tərəfindən rənglənib dizayn edilərək nümayiş edilirlər.Bu ilki festivalda 18 ölkə iştirak edib.