Türkiyədə saxta diploma şəbəkəsi ilə bağlı araşdırmada adı hallanan tanınmış şəxslərdən birinin II Əbdülhəmidin nəticəsi Abdülhəmid Kayıhan Osmanoğludur.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Osmanoğlunun Malatya İnönü Universitetinin Tarix fakültəsindən aldığı diplomun saxta olduğu iddia edilib. 

Məsələ ilə bağlı açıqlama verən Osmanoğlu, son günlər barəsində yayılan iddialara qarşı səssiz qalmağı seçdiyini bildirərək, “Zadəganlıq böhtana cavab verməz. Lakin gün gələcək, həqiqət danışacaq” sözlərini işlədib. O, barəsində səslənən əsassız bəyanatlara ictimaiyyətin inanmasını istəmədiyini vurğulayıb.

Bundan əlavə, Halk TV-nin efirində jurnalist Dinçer Gökçe Osmanoğlunun hərbi qeydiyyat sənədində  “əsgərlikdən yayınan şəxs” kimi göründüyünü iddia edib. Gökçe bu məlumatı təsdiqləmək üçün Osmanoğlu ilə əlaqə saxlamağa çalışdığını, lakin cavab ala bilmədiyini deyib.

Hələlik Osmanoğlu bu məsələyə aydınlıq gətirməyib. 

Gülayə Mecid