Almaniya hökuməti Qəzza zolağında istifadə oluna biləcək hərbi texnikanın İsrailə ixracına dair icazələri dayandırır.

"Unikal" xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.

O, İsrailin anklavda əməliyyatı genişləndirmək planına belə cavab verib.

"İsrail Nazirlər Kabinetinin dünən gecə Qəzza zolağında daha sərt hərbi əməliyyatlar keçirmək qərarı bu məqsədlərə (İsrailli girovların azad edilməsi və HƏMAS-ı tərksilah etmək) necə nail olunacağını getdikcə daha aydın edir", - kansler bildirib.