İrlandiyanın ən böyük müstəqil pivə və viski istehsalçılarından biri olan "Killarney Brewing & Distilling Co"  ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqından idxal olunan mallara tətbiq etdiyi gömrük rüsumlarından sonra fəaliyyətini dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Şirkət 10 il əvvəl Kerri qraflığında kiçik bir barla fəaliyyətə başlayıb, ötən il isə qarışıq viski istehsalına start verib. Son dövrlərdə Killarney artan xərclər və təchizat zəncirindəki fasilələrlə mübarizə aparırdı.

“Donald Trampın qlobal ticarət müharibəsi "Killarney"nin sonunu sürətləndirdi”, - deyə məqalədə qeyd olunur.

Şirkətin məlumatına görə, illik istehsal həcmi 1 milyon litr təmiz spirt və ya 250 min qutu viski təşkil edirdi. Nəşr yazır ki, "Killarney"nin bağlanması, bütövlükdə sənaye sahəsindəki genişmiqyaslı problemlərin göstəricisidir.