Trabzon, İstanbul, Ankara, Hatay, Giresun, Şırnak, Balıkəsir, Ərzurum, Osmaniyə, Kütahya, Samsun, Təkirdağ və Elazığ da daxil olmaqla, Türkiyənin 13 vilayətində eyni vaxtda antiterror əməliyyatı keçirilib.

Unikal.org bildirir ki, FETÖ/PDY terror təşkilatlarına qarşı təşkil edilən əməliyyatda şübhəli qismində 21 nəfər həbs olunub. Həbs olunalar arasında yüksək rütbəli zabitlər də var.