Rumıniyada dərmanların ədədlə satışına qadağa qoyulub.

Unikal.org xəbər verir ki, bununla bağlı Avropa İttifaqı yeni qaydalar qəbul edib.

Fevralın 10-dan başlayaraq yeni Avropa direktivi, qaydası əczaçıların xəstələrə yalnız qutu şəkilində dərmanların satışına icazə verir. Yeni qayda Avropa İttifaqına üzv ölkələrdə dərmanların saxta olub-olmadığını yoxlamaq məqsədi daşıyır.

Bu qərar Rumıniyada yaşayan kasıb insanlara çox mənfi təsir göstərəcək. Onlar artıq aptekdən bir və ya iki həb dərman ala bilməyəcəklər.