Ötən gün axşam saatlarında Qaradağ rayonunun ərazisində silahlı insident baş verib.
Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, qapalı müəssisənin həyətindəki çayxanada işləyən 23 yaşlı Salyan rayonunun Xıdırlı kənd sakini Səməd Ağacəfər oğlu Xanməmmədov qarovulun avtomat silahdan açdığı atəş nəticəsində qətlə yetirilib.
Qətli törədən şəxs saxlanılıb.
Hadisənin çayxanaya olan borca görə yaranmış münaqişəyə görə baş verdiyi deyilir.
Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.