Əfqanıstan prezidenti Əşraf Qani radikal "Taliban" hərəkatının üzvlərinə ofis açmaq imkanı verməyə hazır olduğunu bildirib.
Unikal.org "TOLOnews"a istinadən xəbər verir ki, o, talibləri Kabil, Nanqarhar və ya Qəndahar əyalətlərində ofislə təmin etməyə hazır olduğunu dilə gətirib.
Daha əvvəl ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bildirib ki, Amerika tərəfi radikal "Taliban" hərəkatının təmsilçiləri ilə iyulun 20-də bu ölkədə keçirilməli olan prezident seçkilərinə qədər sülh sazişi bağlamaq istərdi.