Soçidə Suriya münaqişəsinin nizamlanmasına dair Astana prosesinin qarantı olan ölkələrin başçıları dördüncü dəfə toplaşır.
Unikal.org Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, prezidentlərin üçtərəfli görüşü fevralın 14-də keçiriləcək.
Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıqlar zamanı Suriyada vəziyyəti uzun müddətə normallaşdırmaq məqsədi ilə atılacaq birgə addımları nəzərdən keçirəcəklər.
Bundan əlavə, Rusiya liderinin İran və Türkiyə prezidentləri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.