Trabzon şəhərində polis növbəti əkməliyyat keçirib. Əməliyyat zamanı fahişəliklə məşğul olan və buna şərait yaradanlar saxlanılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis Ortahisar mahalındakı  Çömlekçi Məhəlləsində yerləşən otelə basqın edib.

Polis əməkdaşları "fahişəliyə təşviq, vasitəçilik və fahişəliyə məcbur etmə"yə görə otel sahibi H.D ilə yanındakı Ç.K və H.B-ni saxlayıb.

Bundan əlavə 4-ü Azərbaycan əsilli olan 5 qadın da nəzarətə alınıb.

Saxlanılar məhkməyə çıxarılıb, ifadə verdikdən sonra sərbəst buraxılıb. Otel sahibi H.D isə həbs olunub.

Sərbəst buraxılan əcnəbi vətəndaşlar isə ölkələrinə deportasiya edilib.