Hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifa etdiyi "Bismillah" mahnısı bu il martın 31-də Türkiyədə keçiriləcək seçkilərdə AKP-nin seçki mahnısı olaraq qəbul edilib.
Unikal.org bildirir ki, Şəmistan Əlizamanlının "Diriliş Ertuğrul" serialında məharətlə ifa etdiyi "Zəfər bismillah" mahnısı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçki musiqisi seçilib.
Musiqini Türkiyə prezidenti və partiyanın lideri Rəcəb Tayyib Ərdoğan şəxsən özü seçib.