Bakı Dövlət Universitetinin tələbəsi Rəşad Fətullayevi qətlə yetirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, fevralın 12-də Şirvan şəhəri ərazisindən şəhər sakini Rəşad Fətullayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olan məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb.