Mərhum prezidentimiz Heydər Əliyevin nəvəsi Azər Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti olub.
O, dopinq qalmaqalından sonra AAAF-da boşalmış bu posta yiyələnib.
Lakin o, AAAF-ın prezidenti də təyin oluna bilər. Belə ki, bu iddia ilə "Futbol+" qəzeti çıxış edib. Dopinq olaylarına görə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev federasiya prezidenti Cahangir Əsgərovu Azər Əliyevlə əvəzləyəcəyi istisna deyil. Bundan sonra isə ağır atletikada ciddi islahatların olacağı gözlənilir.
Qeyd edək ki, Azər Əliyev Heydər Əliyevin qızı Sevilin oğludur.