9 yaşlı qıza cinsi təcavüz etməkdə ittiham olunan 75 yaşlı kişinin oğluna aid mağaza vətəndaşlar tərəfindən daşa tutulub. 
İddiaya görə, Spartanın Yalvaç mahalında 9 yaşlı N.T-yə təcavüz etdiyi iddia olunan Fahrettin.Ü saxlanılıb.  Onun bu hərəkəti kəndliləri ayağa qaldırıb. Bir qrup kənd camaatı hadisənin baş verdiyi dükana hücum edib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər veirr ki, hadisə baş verən gün evli və 4 uşaq atası Fahrettin.Ü kömək üçün oğlu M.Ü-yə aid mağazaya gedib. Fahrettin Ü. mağazada tək olduğu zaman alışveriş üçün N.T adlı qız ora daxil olub. İddiaya görə Fahrettin.Ü şokalad verdiyi uşağa öncə əllə təcavüz edib. Sonra mağazanın qapısını bağlayaraq N.T-yə cinsi təcavüz etməyə başlayıb. 

N.T evə gedənn zaman hadisə ilə bağlı anasına məlumat verib. Anası da həmin vaxt polisə məlumat verib. 

Polis əməkdaşları hadisənin baş verdiyi mağazaya gedərək yaşlı kişini saxlayıblar. Fahrettin Ü. Haqqındakı ittihamları rədd edib. Bu səbəbdən mağazadakı təhlükəsizlik kameraları izlənməli olub. 

Cinsi təcavüzə məruz qalan azyaşlı səhəttindəki problem üzündən xəstəxanaya aparılıb.