“31 mart bələdiyyə seçkiləri yaxınlaşdıqca duman pərdəsi dağılır, tərəflər bəlli olur. Gizli əlaqə şəbəkələri ifşa edilir”. 

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, bunu MHP lideri Dövlət Baxçalı bildirib.

Dövlət Baxçalı qeyd edib ki, CHP-HDP-İP-ÖDP ittifaqı bütün şəbəkəsi ilə bütün mənası ilə qarşımızdadır: “PKK-FETÖ bu ittifaqın tam mərkəzindədir. 31 mart qələbə qazananları və məğlubları təyin edəcək".