Adıyaman bölgəsində sevgililər günü həyat yoldaşı tərəfindən döyüldüyünü iddia edən kişi xəstəxanaya aparılıb. 

Unikal.org Türkiyə mətbutaına istiknadən xəbər verir ki, daş və taxta ilə döyüldüyün iddia edən ər “məni əlindən güc-bəla ilə aldılar" deyib. 
Bildirilir ki, Ulucami Məhəlləsində yaşayan Derviş K. həyat yoldaşı Hanım.K  ilə mübahisə edib. 

Mübahisə böyüyərək davaya çevrilib. Hanım K. ərini daş və taxtayla döyüb. 

Ulucami Məhəlləsində yaşayan Hanım.K əri Derviş K.-nı döydükdən sonra oradan qaçıb. Polis həmin qadının saxlanılması üçün axtarışa başlayıb.