Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.
Bu haqda Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ceyhun Seyidbəyov saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman 10,145 qram nrkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.Saxlanılan şəxs ifadəsində narkotik vasitəni “Seyid” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığı bildirib.
Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamət şöbə əməkdaşlarınıı həyata keçirdikləri növbəti əməliyyat nəticəsində “Seyid” adlı şəxs qısa zamanda müəyyən edilib.
Həyata keçirilən əməliyyat nəricəsində narkotik maddələrin satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş Masallı rayon sakini Mirağa Salayev tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman iki büküm, ümumi çəkisi 1 kiloqram 50 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.