Albaniyada müxalifət partiyasının tərəfdarları baş nazir Edi Ramanın iqamətgahına hücum ediblər.

Unikal.org "Reuters" agentliyinin yaydığı məlumata əsasən xəbər verir ki,  baş nazirin istefasını tələb edən etirazçılar polis mühafizəsini yararaq binanın qapılarını qırmağa çalışıblar. 

Əraziyə cəlb olunan polis əməkdaşları nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Hazırda etirazların davam etdiyi bildirilir.