Sumqayıt şəhərində 29 yaşlı kişi qətlə yetirilib.

Unikal.org “Report”a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Aydın Seyidov tanışı, 28 yaşlı Babək Həsənov tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb, B.Həsənov saxlanılıb.