Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. 1979-cu ildə Şəki rayonunda anadan olmuş, Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan Zaur Kərim oğlu Mustafayev naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər görülür.