Fevralın 20-də Dövlət Gömrük Komitəsində gömrük orqanlarında həyata keçirilən ən son yeniliklər və islahatlarla bağlı aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə görüş keçirilib.
Unikal.org xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2017-ci il tarixli fərmanlarının icrasından irəli gələn məsələlərlə bağlı biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın hazırladığı “İcra və Kommunikasiya Planı”na uyğun olaraq təşkil edilib.
Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin aidiyyəti qurumlarının rəhbərləri və nümayəndələri, Vergilər və İqtisadiyyat nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri iştirak edib.
DGK sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı iqtisadi inkişaf strategiyası, innovativ islahatlar, sahibkarlıq və biznes mühitinin, xarici ticarətin inkişafı istiqamətində atılan addımlar hesabına ölkəmizin dayanıqlı inkişafı təmin edilib. Bütün sahələrdə reallaşdırılan uğurlu siyasət Azərbaycanın regionda və beynəlxalq aləmdə etibarlı tərəfdaş və islahatçı ölkə kimi tanınmasına münbit şərait yaradıb. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın irəliləməsi və islahatçı ölkə kimi ön sıralarda yer tutması da görülən səmərəli işlərin nəticəsidir.
Komitə sədrinin birinci müavini gömrük orqanlarında həyata keçirilən islahatlar və yeniliklərə toxunaraq Prezident İlham Əliyevin “Yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı 21 dekabr 2018-ci il tarixli fərmanından bəhs edib. Bildirilib ki, bu il fevralın 1-dən etibarən tətbiqinə başlanan sistemdən artıq 100-dən çox biznes subyektinə istifadə hüququ verilib və uğurlu nəticələr əldə edilib. Bu yenilik sahibkar-məmur təmasının minimuma endirilməsinə, şəffaflığın tam təmin olunmasına, ölkənin ixrac potensialının artmasına, münbit biznes mühitinin yaradılmasına, könüllü riayət prinsipinin formalaşmasına şərait yaradır.
İsmayıl Hüseynov onu da qeyd edib ki, tədbir aidiyyəti dövlət qurumları arasında səmərəli koordinasiya və məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində atılan addımlardan biridir və ölkəmizin beynəlxalq reytinq göstəricilərinin artırılması istiqamətində görülən işlərin və gələcəkdə reallaşdırılacaq vəzifələrin müzakirəsi üçün münbit zəmin formalaşdırır.
Sonra Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov çıxış edərək Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən yaradılan komissiya çərçivəsində Xarici Ticarət üzrə İşçi Qrupu yaradıldığını, aidiyyəti dövlət qurumlarının təmsil olunduğu işçi qrup tərəfindən bu ilin yanvarında tədbirlər planının hazırlanaraq təsdiq edildiyini bildirb. Qeyd edilib ki, planda nəzərdə tutulan tədbirlərin məqsədi xarici ticarətin daha asan, sürətli və maneəsiz şəkildə həyata keçirilməsini təmin etmək, biznes mühitinin yaxşılaşdırılmasına, ölkənin ixrac və tranzit potensialının artırılmasına münbit şərait yaratmaqdır.
Cavad Qasımov xarici ticarətin həyata keçirilməsində gömrük orqanları ilə yanaşı, bir sıra dövlət qurumlarının da iştirak etdiyini bildirib və diqqətə çatdırıb ki, qurumlar arasında koordinasiyanın düzgün təşkili, informasiya mübadiləsinin artırılması, tətbiq edilən yeniliklər barədə məlumatların paylaşılması ümumi işə fayda baxımından xüsusi əhəmiyyət daşıyır.
Daha sonra Dövlət Gömrük Komitəsinin əməkdaşları “Yaşıl dəhliz” buraxılış sistemi, malların rəsmiləşdirilməsi, gömrük nəzarəti ilə bağlı təqdimatlarla çıxış edib. Təqdimatlarda vurğulanıb ki, qarşılıqlı etimad və könüllü riayət prinsiplərinə əsasən artıq gömrük nəzarəti tədbirlərinin bir hissəsi xarici ticarət iştirakçılarının öhdəsinə verilib. Belə ki, ixracda nəqliyyat vasitələrinə gömrük təminatı plomblarısahibkarlar tərəfindən vurularaq sərhəddəki çıxış sərhəd gömrük orqanına yola salınır, idxalda isə sərhəddən keçən nəqliyyat vasitələri birbaşa sahibkarların anbarlarına göndərilərək mallara dair gömrük bəyannaməsi təqdim olunmaqla gömrük orqanının icazəsi ilə plomblar özləri tərəfindən açılır.
Görüşdə mövzuya aid videoçarxlar da nümayiş etdirilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Aidiyyəti dövlət qurumlarının əməkdaşları Gömrük Komitəsində - FOTO
19:03 20-02-2019
İQTİSADİYYAT
Digər Xəbərlər
2024-11-12 01:02:09
2024-11-11 20:54:07
2024-11-11 10:26:06
2024-11-09 10:51:00
2024-11-08 11:40:34
2024-11-08 09:30:04
2024-11-07 23:32:04
2024-11-07 17:14:00
2024-11-07 15:15:15
2024-11-07 12:16:10
2024-11-07 11:34:12
2024-11-07 11:18:01
2024-11-07 10:56:46
2024-11-07 10:37:00
2024-11-07 09:21:22
2024-11-07 09:10:57
2024-11-06 15:08:13