Moskvadakı “Neolit” kafesində baş vermiş kütləvi dava ilə əlaqədar həbs edilmiş bloqqer Əlibəy Mirzəxanov terrorçuluqda təqsirləndirilir.
Unikal.org xəbər verir ki, bu barədə bloqqerin vəkili Şamil Yandarbayev TASS agentliyinə məlumat verib. O deyib ki, müstəntiqlər onu terror təşkilatının fəaliyyətində iştirak və terrorçuluğa təhrik etməkdə şübhəli şəxs kimi dindiriblər. Ə.Mirzəxanov ona qarşı irəli sürülən ittihamlara etiraz edir.