Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları 5 nəfər Şri-Lanka vətəndaşının dövlət sərhədini pozma cəhdinin qarşısı alınıb.
DSX-dan Unikal.org-a verilən məlumata görə, belə ki, 17 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd edərkən Şri-Lanka vətəndaşları 1991-ci il təvəllüdlü Micheal Fernando Romos, 1995-ci il təvəllüdlü Senrobert Roniksan, 1992-ci il təvəllüdlü Navaratnam Kajamugan, 1994-cü il təvəllüdlü Anton Mariyadas Pilipraj və 1995-ci il təvəllüdlü Penad Mohanraj Mathusan sərhəd pozucusu qismində saxlanılmışlar.
Saxlanılan şəxslərin 16 dekabr 2018-ci il tarixdə rəsmi qaydada Birləşmiş Ərəb Əmirliklərindən Sarja-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmələri müəyyən olunmuşdur. Araşdırma zamanı Şri-Lanka vətəndaşları dövlət sərhədini pozaraq İran İslam Respublikasına, oradan isə Türkiyəyə keçmək niyyətində olduqlarını bildirmişlər.
Sərhəd pozucuları barəsində cinayət işi başlanılmış və barələrində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.