Tanınmış teleaparıcı Elçin Əlibəyli yenidən "Publika.az" xəbər portalındakı işinə qayıdıb.
Məlumata görə, E.Əlibəyli "Publika.az"-ın baş redaktoru təyin olunub.
O, vəzifəsinin icrasına iyunun 8-dən etibarən başlayıb.
Qeyd edək ki, buna qədər isə "Publika.az"-ın baş redaktoru Səlim Əzizoğlu olub. O, bu vəzifədən ötən gün azad olunub.
Onu da bildirək ki, Elçin Əlibəyli 2012-2013-cü illərdə də "Publika.az"-ın baş redaktoru olub.