İngiltərə dünyada ilk dəfə hüquq-mühafizə orqanlarında qadınların da olmasına razılıq verən ölkədir.
Unikal.org xəbər verir ki, elə ilk dəfə qadın polislər bu ölkədə fəaliyyət göstərməyə başlayıb və bundan sonra digər ölkələrdə İngiltərənin təcrübəsindən yararlanaraq qadınların polis xidmətində fəaliyyətini təmin edib. Bununlada hüquq-mühafizə orqanlarında çalışan qadınların sayı artırılıb. Qadın polislər kişilərlə bərabər əməliyyatlara cəlb olunur, onların xidmətlərindən əməliyyat-axtarış tədbirləri zamanı istifadə olunur.
Dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da polis sitemində çalışan qadınlara rast gəlmək olur. Dünya praktikasında olduğu kimi, ölkəmizdə də qadın polislər əməliyyat-axtarış tədbirlərinə qatılır, Daxili İşlər Nazirliyi orqanlarında əsasən 102 qaynar xətt, statistika, kadrlar, istintaq və digər bölmələrdə çalışırlar. 2015-ci ilin göstəricisinə görə, Daxili İşlər Nazirliyi sistemində 2855 qadın xidməti fəaliyyət göstərir ki, bunun da böyük əksəriyyətinin, yəni 1350 nəfərinin xüsusi rütbəsi və vəzifəsi olan qadınlardır.
Aparılan araşdırmaya görə, dünyanın ən gözəl qadın polisləri siyahısında İsveç birinci, Rusiya, Ukrayna, Avstraliya, İndoneziya digər yerləri bölüşürlər.
Rusiya
İndoneziya
Avstriya
Ukrayna
Almaniya