"Gözələ baxmaq savabdır". Yəqin ki, bu misalı siz də tez-tez eşidirsiniz. Doğrudanmı gözələ baxmaq savab sayılır.
Unikal.org ölkə.az-a istinadən xəbər verir ki, bu sualı ilahiyyatçı Elşad Miri cavablandırıb.
"Hansısa namuslu insan xoşlayarmı ki, onun gözəl anasına, xanımına, bacısına kimsə baxsın? Əgər o xoşlayarsa, mənim deyəcək sözüm qurtarır. Amma xoşlamazsa, İslam dini də insanın fitrətinə, təbiətinə uyğun olan bir dindir, belə bir şeyə heç bir zaman razı olmur. Çünki insanın halalı və halal olmayanı, yəni məhrəmi və naməhrəmi var. Ona görə də belə bir şeyə baxmaq nəinki doğrudur, hətta günahdır. Gözələ baxmaq savabdır deyən insanların yəqin ki, ətrafındakı insanlar gözəl olmadığı üçün başqalarına baxmağa görə belə bir şey uydurublar. Dinimizdə belə bir şey yoxdur".-deyə Elşad Miri vurğulayıb.
E.Miri deyir ki, kişinin naməhrəm qadınla ünsiyyət qurmasında problem yoxdur, amma bir şərtlə:
"Normal bir qadınla oturub söhbət edə bilərsən. Burda qəbahət yoxdur. Amma necə? Məsələn, bu bir iş görüşməsi ola bilər".