Unikal.org Transparency.az istinadən ali vəzifəli şəxslərin, dövlət orqanlarının rəhbər işçilərinin maaşı haqqında arayışı təqdim edir.
Dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları isə prezident sərəncamı ilə bu məbləğlərdə müəyyən edilib:
— baş nazir — 2230 manat
— baş nazirin birinci müavini — 1960 manat
— baş nazirin müavini — 1870 manat
— nazir, dövlət komitəsinin sədri, Dövlət Sosial Müdafiə Fondunun sədri, Dövlət Sərhəd Xidmətinin rəisi, Dövlət Neft Fondunun icraçı direktoru — 1750 manat
— mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbəri — 1450 manat
— nazirin, dövlət komitəsi sədrinin, Dövlət Sosial Müdafiə Fondu sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — 1250 manat
— nazirin, dövlət komitəsi sədrinin, Dövlət Sosial Müdafiə Fondu sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin, Dövlət Neft Fondunun İcraçı direktorunun müavini, mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini — 1160 manat
— mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan, icra hakimiyyəti orqanının rəhbərinin müavini — 1050 manat.
Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları isə belədir:
— Bakı şəhəri — 1160-1750 manat
— əhalisinin sayı 100 min nəfərdən çox olduqda — 950 manat
— əhalisinin sayı 50-100 min nəfər olduqda — 900 manat
— əhalisinin sayı 50 min nəfərədək olduqda — 800 manat.