İyunun 7-dən 8-nə keçən gecə Ermənistanda küclü külək və leysan yağışlar çaylarda daşqınlara səbəb olub. Nəticəsində iki hərbçini sel aparıb.  
Unikal.org "news.am" saytına istinadən verdiyi məlumata görə, Ermənistan İstintaq Komitəsindən bildiriblər ki, hadisə bu gecə saat 1 radələrində baş verib.
 
Aparılan axtarışlar nəticəsində Vardan Qrmadjyanın meyiti yerli vaxtla saat 05.45-də, Armen Kazaryanın meyiti isə saat 09.30-da aşkarlanıb.