Tel-Əvivdə Israil müdafiə nazirliyi binasının yaxınlığında yerləşən "Sorona" ticarət mərkəzində atışma olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
 Hadisə ilə əlaqədar 2 nəfərin saxlanıldığı, daha bir nəfərin isə polis tərəfindən güllələndiyi bildirilir.
 "Biz bunun terror aktı olduğunu artıq təsdiqləyə bilərik", deyə Tel-Əviv polisinin nümayəndəsi Miki Rozenfeld bildirib.