Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Atatürk parkında yenidənqurma işinin dayandırılmasının səbəbini açıqlayıb.
Unikal.org-un xəbərinə görə, o bildirib ki, dövlət başçısının tapşırığı ilə parkda yenidənqurma işi başlayıb.
"İş zamanı parkın ortasından boru keçdiyi və həmin yerdə sızma olduğu məlum oldu. "Azərsu" tərəfindən problem həll edildikdən sonra işlər davam etdiriləcək", - deyə E.Əzizov qeyd edib.
Eldar Əzizov Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulması məsələsinə də toxunub. Onun sözlərinə görə, hazırda mütəxəssislər, memarlar bununla bağlı təkliflər hazırlayır: "Bakıda görkəmli ziyalılarmıza heykəl qoyulması ilə bağlı dövlət başçısının tapşırığı var. Bir sözlə, proses başlayıb. Bunlardan biri də Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulmasıdır. Hazırda memarlar təkliflərini hazırlayır, yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək".