Space Tv-də Amil Xəlilin "Gəl dərdini danış" layihəsində növbəti dəfə maraqlı anlar yaşanıb.
Unikal.org xəbər verir ki, verilişin qonağı olan Tofiq adlı şəxsin sözlərinə görə, o Türkiyəyə yollanan zaman yeni evlədiyi qadını da özü ilə aparıb. Bir müddət sonra Tofiqin arvadı Xəyalə fitnes mərkəzlərinin birindən qeydiyyata keçir və idmanla məşqul olmağa başlayır. Elə hər şey də buradan başlayır.
Tofiq bildirib ki, həyat yoldaşı sonradan özünü qəribə aparmaqa başlayıb. Hətta telefonunu da ondan gizlədib. Bir gün Tofiq evə gəldiyi zaman Xəyalənin evdə olmadığını görüb. Bəlli olub ki, qadın artıq Tofiqi tərk edib.
Efirə zəng edən Xəyalə hər şeyi etiraf edib və ondan boşanması üçün məhkəməyə müraciət etdiyini söyləyib.
Verilişdə baş verən maraqlı anları sizə təqdim edirik: