Karate üzrə milli komandamızın kapitanı, dəfələrlə dünya və Avropa çempionu Rafael Ağayevə bahalı avtomobil hədiyyə edilib.
Unikal.org ölkə.Az-a istinadən məlumatına görə, idmançı özü sosial şəbəkədə yeni avtomobilinin fotosunu paylaşıb və bunları yazıb:
"Bu da əziyyətimin bəhrəsi və toyumun hədiyyəsi... Allahım, min şükür".
Ölkə.Az məsələni aydınlaşdırıb. Məlum olub ki, sözügedən avtomobili Rafael Ağayevə gənclər və idman naziri Azad Rəhimov hədiyyə edib.
Qeyd edək ki, idmançının bir neçə gün əvvəl keçirilən toyunda Azad Rəhimov da iştirak etmişdi.