Martın 15-də Azərbaycan Dövlət Neft və Universitetində (ADNSU) Novruz bayramı və ilaxır çərşənbəyə həsr olunmuş Novruz şənliyi keçirilib. 

Unikal.org xəbər verir ki, bayram tədbirində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən bayram şənliyində fakültələr üzrə tələbələrin hazırladıqları maraqlı Novruz xonçaları və milli adət-ənənələrimizi özündə əks etdirən bayram şirniyyatları nümayiş etdirilib.
ADNSU-nun rektoru, professor M.Babanlı tələbələrin hazırladıqları bayram süfrəsi ilə tanış olub və onların hazırlıqlarını yüksək qiymətləndirib. 
Tədbiri giriş sözü ilə açan rektor, professor M.Babanlı iştirakçıları Novruz bayramı ilə ilaxır çərşənbə münasibətilə təbrik edib. Novruz bayramının xalqımızın milli adət-ənənələrini özündə əks etdirən ən qədim bayramlardan olduğunu deyən rektor M.Babanlı baharın gəlişi münasibətilə bütün kollektivi bir daha təbrik edib və xoş arzularını çatdırıb.
Sonra tədbir ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının bir birindən fərqli rəqs nömrələri, eləcə də, tanınmış müğənnilərin ifaları və Novruz bayramının məşhur personajları kosa ilə keçəlin təqdimatında maraqlı səhnəciklərlə davam edib.