
Liviya ordusu Sirt şəhərinin azad olunması əməliyyatı zamanı İŞİD liderlərindən birini məhv ediblər.
Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, Həmid Məlükə əz-Zlitni adında məhv edilən silahlı əhali arasında daha çox "zəkat knyazı" ləqəbi ilə tanınıb. Bu arada Liviya ordusunun rəsmi nümayəndəsi briqada generalı Məhəmməd əl-Qəsri Sirt şəhərinin azad olunması əməliyyatının daha 2-3 gün davam edəcəyini bildirib.