2019-cu ilin yanvar-fevral ayında Azərbaycana idxal olunan avtomobillərin sayı 5169 olub.
Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 37-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 4707-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 397-si yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 28-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.