Ermənistanın "Arabo" dəstəsinin komandiri, "Birlik" partiyasının təşəbbüs qrupunun üzvü Manvel Yeqiazaryan bildirib ki, gənclər heç bir halda, hətta onların qarşında ciddi sosial problemlər dursa belə ölkəni tərk etməməlidir.

Bu barədə erməni KİV-i xəbər verir. 

"Bizim ölkəmiz xəstədir. Məgər valideynlərimiz xəstə olanda biz onu atırıq, məgər bizim onlara acıqlanmaq haqqımız var?! İndi isə bizim vətənimiz xəstədir. Biz vətənimizi hətta onun razılığı olmadan belə əməliyyat etməliyik", - deyə Yeqizaryan bildirib. (AzVision.az )