İranın ali dini lideri Əli Xamenei xarici işlər naziri Abbas Əraqçi ilə Rusiya lideri Vladimir Putinə məktub göndərib.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd olunub ki, XİN rəhbəri İranın kömək istəməsi ilə bağlı məktubu Putinə Kremldə bugünkü görüşü zamanı verib.
"İran hələ də Rusiyanın dəstəyindən təsirlənmir və ölkə Putinin İsrail və ABŞ-yə qarşı daha çox dəstək verməsini istəyir", - deyə mənbələr açıqlayıb.
Mənbələr Tehranın hansı yardımı istədiyini dəqiqləşdirməyiblər.
Ağarza Elçinoğlu