Göyçay rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 23-ü, saat 12:00-da Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.
"Onlardan 1961-ci il təvəllüdlü şəxs (qadın cinsli) ağır kəllə-beyin travması ilə Reanimasiya şöbəsinə, 1958-ci il təvəllüdlü şəxs (qadın cinsli) və 1962-ci il təvəllüdlü şəxs (kişi cinsli) kəllə-beyin və döş qəfəsi travmaları ilə Cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Hər birinin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
1956-cı il təvəllüdlü şəxsə (kişi cinsli) isə zəruri tibbi yardım göstərilib və o, ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.
***14:00
Göyçayda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.
"Unikal"ın məlumatına görə, "Azsamand"ın sürücüsü Nizami Kərimov, "Mercedes"in sürücüsü Qabil Məmmədov, sərnişinlər - Nigar Məmmədova və Nübar İbadova müxtəlif dərəcələri bədən xəsarətləri alıblar.
***
12:58
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, "Mercedes" və "Azsamand" markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, 4 nəfər xəsarət alıb.
Murad İbrahimli