Rusiya Prezidenti Vladimir Putinlə İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş başlayıb. 

"Unikal" xəbər verir ki, görüş Kremldə baş tutur. 

***09:48

"İran və Rusiya ümumi təhdidlərə qarşı çıxmaq üçün sıx məsləhətləşmələr aparır". 

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinlə görüş üçün Moskvaya gedən İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.

"Bizim və Rusiyanın hər zaman ortaq narahatlıqları və ortaq düşmənləri olub. Biz həmişə ortaq inancları bölüşürük və ümumi çağırışlara və təhdidlərə qarşı durmaq üçün bir-birimizlə yaxından məsləhətləşirik. Bazar ertəsi Rusiya prezidenti ilə görüşümüz zamanı bunu müzakirə edəcəyik", - deyə Əraqçi İranın dövlət televiziyasına bildirib. 

Ağarza Elçinoğlu