"Bütün ölkələrin dinc nüvə sənayesini inkişaf etdirmək hüququ var".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O, söhbəti zamanı vurğulayıb ki, bütün dövlətlərin atom elektrik stansiyalarını idarə etmək və dinc nüvə enerjisi sənayesi yaratmaq hüququna malik olduğuna inanır.