Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mehdi Səlimzadə Göyçay rayonuna icra başçısı təyin edilib. 
 
Unikal.org M.Səlimzadə haqqında qısa arayış təqdim edir: 
 
Mehdi Səlimzadə 1955-ci ildə anadan olub. Ali tibb və hüquqşünas təhsili var.

2003 - cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakultəsini fərqlənmə diplomuyla  bitirib.

1996-2000-cı  illərdə Milli Məclisin  Yerli özünüidarəetmə məsələləri üzrə Daimi Komissiyasında ekspert kimi çalışıb.

Bələdiyyə sisteminin inkişafına həsr olunan onlarca elmi-publisistik məqalənin və monoqrafiyanın müəllifidir.

2000-2003- cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü, 2004- cü ildən Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının təsis edilməsiylə bağlı yaradılan  təşkilat qrupun rəhbəri və komitənin ilk sədri seçilib.

Türk Dünyası Bələdiyyələr Birliyinin həmsədri kimi Azərbaycan bələdiyyə sistemini mütəmadi olaraq beynəlxalq tədbirlərdə layiqincə təmsil edib.

Bir sıra dövlət mükafatlarıyla təltif edilib.

2012-ci ildən Azərbaycan Prezidenti Ilham Əliyevin sərəncamıyla   III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

"Bələdiyyə həyatı" qəzetinin təsisçisidir.

2004-cü ildən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi vəzifəsində çalışıb.

10 iyun tarxili Azərbaycan Respublikası Prezidentinin Sərəncamıyla Mehdi İldırım oğlu Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.